“Zeytun budağı” çərçivəsində 90 məntəqə azad edilib

“Zeytun budağı” çərçivəsində 90 məntəqə azad edilib

Suriyanın Afrin bölgəsində davam edən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən azad edilən yaşayış məntəqələrinin sayı 90-a çatıb.

Gununsesi.info xəbər verir ki, bu gün səhər saatlarında daha 3 yaşayış məntəqəsi PYD və YPG terrorçularından azad edilib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı son məlumata görə, əməliyyatlar çərçivəsində 1780 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info

COMMENTS