“Zeytun budağı” çərçivəsində 75 yaşayış məntəqəsi terrorçulardan azad edilib

  • By admin
  • 20 Fevral 2018 21:05

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində ümumilikdə 75 yaşayış məntəqəsini azad edib.

Gununsesi.info xəbər verir ki, bu gün səhər saatlarında daha 5 yaşayış məntəqəsi PYD və YPG terrorçularından azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info