“Zeytun budağı”nda zərərsizləşdirilən terrorçuların sayı 3400-ə yaxınlaşır

  • By admin
  • 13 Mart 2018 20:26

Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3393-ə çatıb.

Gununsesi.info xəbər verir ki, zərərsizləşdirilən terrorçuların sayını Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlayıb.

Baş Qərargahın məlumatına görə, təkcə ötən gün ərzində Afrində 46 terrorçu məhv edilib.

Son məlumata görə, əməliyyat çərçivəsində indiyədək 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub.Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info