Zeytun yağı istifadəsi xərçəng riskini azaldır

  • By admin
  • 12 Yanvar 2022 18:45

100 min tibb işçisini əhatə edən statistik tədqiqat zeytun yağının xərçəngə qarşı, eləcə də xərçəng xəstələrində ölüm riskini azaltdığını sübut edib.

Gununsesi.info xəbər verir ki, amerikalı tibb mütəxəssisləri hər gün müntəzəm müəyyən miqdar təmiz zeytun yağı istifadə etməyin insana təsirini araşdırıb.

HTML tutorial

Belə ki, gündə 30-50 ml zeytun yağı istifadəsi – həm içmək, həm yemək və salatlarda birgə – müxtəlif növ xərşəng xəstəliyindən ölümü 17%, ürək-damar xəstəliklərindən ölüm riskini isə 19% azaldır.

“Biz dietoloqların zeytun yağı barədə tövsiyəsini təsdiq etdik. Müşahidələrimiz göstərdi ki, istənilən xəstələrin, o cümlədən xərçəng xəstələrin qidasında marqarin və digər yağlar zeytun yağı ilə əvəz olunmalıdır. Bu onlara daha çox faydalıdır” – deyə Marta Ferre bildirib.

 

 

Gununsesi.info