Ötən ay məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə xəstəxanadan buraxılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən körpənin müalicələri yekunlaşıb.
Son olaraq müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb, müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb, çəkisi 3 kiloqram 600 qramdan artıq olub.
Ətraflı
Müalicələri yekunlaşan körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.
Qeyd edək ki, iyulun 17-də Sabunçu rayonunda ana 15 günlük övladını zibil qutusuna atmışdı.
Gununsesi.info