Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb

  • Müəllif: Günel
  • 14 May 2025 21:31

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Bu barədə Gununsesi.info -ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Gununsesi.info