“Zirə” klubunun prezidenti istefa verdi

  • By admin
  • 09 Avqust 2016 17:32

zira

 

“Zirə” futbol klubunun prezidenti Vüqar Astanov öz xahişi ilə tutduğu vəzifədən azad olunub. 

Gununsesi.info saytının məlumatına görə, klub təsisçilərinə müraciət edən Astanov işlərinin çoxluğu ilə əlaqədar vəzifəsindən ayrılmaq istədiyini bildirib. 

“Zirə”də prezident vəzifəsini müvəqqəti olaraq, icraçı direktor Natiq İsmayılov yerinə yetirəcək. 

Qeyd edək ki, “Zirə” ötən mövsüm Topaz Premyer Liqasının gümüş mükafatçısı olub. 

Gununsesi.info