“Zirə” “Səbail”lə heç-heçə edib

“Zirə” “Səbail”lə heç-heçə edib


Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində daha bir oyun keçirilib.

“Report” xəbər verir ki, ikinci oyun gününün ilk matçı “Zirə” və “Səbail” komandaları arasında olub.

Qarşılaşmada hesabı 17-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Riçard Qadze açıb.

Fasilədən sonra qonaqların heyətində Nikoloz Apakidze fərqlənib. Gürcüstanlı futbolçunun 54-cü dəqiqədə vurduğu qol oyunda sonuncu olub – 1:1.

Qeyd edək ki, bu heç-heçədən sonra 3-cü pillədəki “Zirə” xalını 33-ə çatdırıb. “Səbail” isə 18 xalla 6-cı yerdədir.

 

Gununsesi.info

COMMENTS