“Zirə” – “Sumqayıt” oyununda qalib müəyyənləşməyib

  • By ilhame
  • 13 Fevral 2024 19:29

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

 

Gununsesi.info-nun məlumatına görə, günün ikinci matçında “Zirə” “Sumqayıt”ı qəbul edib.

 

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

 

11-ci dəqiqədə qonaqlarda Rövlan Muradov penaltidən yararlana bilməyib. 42-ci dəqiqədə Qismət Alıyev 11 metrlik cərimə zərbəsini boşa verib.

 

Qeyd edək ki, günün ilk matçında “Turan Tovuz” evdə “Qəbələ”ni məğlub edib – 2:1. Tura bu gün saat 19:30-da başlanacaq “Araz-Naxçıvan” – “Neftçi” görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda “Səbail” “Kəpəz”ə qalib gəlib (4:1), “Qarabağ” – “Sabah” duelində isə qalib müəyyənləşməyib – 3:3.

Gununsesi.info