“Zirə” “Sumqayıt”a qalib gəldi

  • By Günel
  • 30 Noyabr 2024 20:40

Misli Premyer Liqasının XV turu çərçivəsində “Zirə” “Sumqayıt”ı qəbul edib.

Gununsesi.info xəbər verir ki, hakim Rəşad Əhmədovun idarə etdiyi matç Zirə İdman Kompleksinin stadionunda baş tutub.

Oyunda hesab erkən açılıb: 8-ci dəqiqədə David Volkovi ev sahiblərinin ilk qoluna imza atıb. 37-ci dəqiqədə isə “kimyaçılar” status-kvonu bərpa ediblər: Nikola Vuynoviç dəqiq olub.

Bununla belə, ikinci hissədə “qartallar” təşəbbüsü ələ keçirərək rəqibi üç dəfə məyus ediblər. 55-ci dəqiqədə “Zirə”nin gürcüstanlı futbolçusu Gorgi Papunaşvili komandasının ikinci qolunu vurub. 67 və 76-cı dəqiqələrdə isə Volkovi fərqlənərək oyunda son nöqtəni qoyub: “Zirə” – 4, “Sumqayıt” – 1.

Gununsesi.info