“Zirə” üç gənc futbolçunu heyətinə qatdı

  • By admin
  • 15 Avqust 2021 18:37

Bakının “Zirə” klubu 3 gənc futbolçunu heyətinə qatıb.

 

HTML tutorial

Gununsesi.info  kluba istinadla xəbər verir ki, 20 yaşlı Ramin Əhmədov və Samir Qurbanovla dörd, 21 yaşlı Rüstəm Nuriyevlə isə üçillik müqavilə imzalanıb.

 

Hər üç futbolçu ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda çıxış ediblər. R.Əhmədov və R.Nuriyev “Zaqatala”, S.Qurbanov isə “Kəpəz” klubunun formasını geyinib.