“Zirə”dən növbəti transfer

  • By admin
  • 25 İyun 2017 17:28

1498387193-9077
“Zirə” Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına hazırlıq çərçivəsində daha bir futbolçu ilə güclənib.

“Qafqazinfo” kluba istinadən xəbər verir ki, rumıniyalı Qabriel Matey “qartallar”ın sıralarına qoşulub. Müdafiəçi ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.

Qabriel Matey ölkəsində “İnternasional”, “Panduri”, “Syaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyib. Son mövsüm isə müdafiəçi Polşanın “Qurnik” klubunda çıxış edib.

Matey Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.

Gununsesi.info