“Zirə” və “Qəbələ” ardıcıl 9-cu oyunda qələbəsiz qaldı

  • By admin
  • 09 May 2021 20:48

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu “Zirə” və “Qəbələ” komandaları arasında keçirilib.

Gununsesi.info xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bununla da hər iki komandanın qələbəsiz ardıcıl oyunlarının sayı 9-a çatıb.

Hazırda “Zirə” 35 xalla 4-cü, “Qəbələ” 25 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ilk oyun günündə “Sumqayıt” səfərdə “Keşlə”ni 1:0, “Neftçi” “Səbail”i 4:0 hesabı ilə yenib. Tura saat 20:15-də başlanacaq “Sabah” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Gununsesi.info