Zirzəmidən 150 min manat pul oğurlandı - FOTOLAR

  • By admin
  • 25 Avqust 2016 16:14

pul

Paytaxta  mənzildən külli məbləğdə pul oğurlanıb. 

Gununsesi.info xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbənin Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, onun mənzilindən 150 min manat pul oğurlanıb. Sözü gedən evə baxış keçirən polis əməkdaşları zərərçəkənin ifadəsini alıblar. Məlum olub ki,  qeyri-rəsmi nikahda olduğu Füzuli rayon sakini, 31 yaşlı Xəyyam Əbdülrəhimov evinin zirzəmisində basdırdığı 150 min manat pulu götürürərək evi tərk edib.

Hazırda polis əməkdaşları sözü gedən oğurluq hadisəsində adı hallanan Xəyyam Əbdülrəhimovun axtarışlarını davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

 

pul1

 

pul2

Gununsesi.info