Zirzəmidə narkotik saxlayan şəxs tutuldu - FOTOLAR

  • By admin
  • 25 İyul 2022 09:35

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Güvəkənd kənd sakini Qaçay Namətovun yaşadığı ünvanda narkotik saxlaması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub.

Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilən tədbir nəticəsində əvvəllər də eyni əmələ görə xarici ölkədə məhkumluq həyatı yaşayan Q.Namətov tutularaq istintaqa təhvil verilib. Onun evinə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi və satış məqsədilə hazır şəkildə sellofan torbalarda, şüşə qablarda, eləcə də kibrit qutularında qablaşdırdığı, ümumi çəkisi 1 kiloqram 270 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gununsesi.info