Ziya Bünyadov prospektində dəhşətli hadisə – ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində “Volksfagen” markalı, 99 TG 029 dövlət qeydiyyat nişanlı minik avtomobili 1956-cı il təvəllüdlü kişini vurub.

HTML tutorial

Ağır xəsarət alan piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info