Ziya Bünyadov tunelinde qəza

Ziya Bünyadov tunelinde qəza

tunelDünən gecə Nəsimi rayonunda yol qəzası baş verib. Hadisə Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb. Gununsesi.info-nun xəbərinə görə, Əfqan Zeynalov idarə etdiyi qumla yüklü Kamazla hərəkətdə olarkən maşının sol qabağ təkəri yerindən çıxıb. İdarə etmədən çıxan yük maşını maneəni aşaraq qarşı yola çıxıb. Xoşbəxtlikdən qarşı yolda hərəkətdə olan avtomobil olmadığından qəza xəsarətsiz ötüşüb. Yerindən çıxan təkər Kamaz markalı digər yük maşınına daha sonra isə Opele cirpilib. Hadisə yerində Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları olublar. Müayinələr aparılıb. Sürücünün ifadəsi alınıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

COMMENTS