Ziya Kazımovun məhkəməsi təxirə salındı -Səbəb

“Tərtər işi” çərçivəsində mühakimə olunan Müdafiə Nazirliyinin bir qrup zabitinin məhkəmə prosesi bu gün də təxirə salınıb.

Bu barədə Gununsesi.info-ya vəkil Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, məhkəmənin təxirə salınmasına səbəb təqsirləndirilən şəxs Ziya Kazımovun hazırda Qarabağda xidmətdə olmasıdır:

“Azərbaycanın başladığı antiterror əməliyyatlarında da Ziya Kazımovun məhkəməsi təxirə salınmışdır. Səbəb kimi Ziya Kazımovun həmin əməliyyatlarda iştirakı idi. Məhkəmənin vaxtı yeqin yaxın vaxtlarda müəyyən olunacaq”.

 

Qeyd edək ki, dövlət ittihamçısı Ziya Kazımova 12 il 6 ay cəza təyin edib.

O, “Tərtər işi” üzrə bir qrup hərbiçiyə işgəncə verməkdə ittiham olunur.

Ancaq məhkəmə prosesi zamanı dindirilən şahidlər digər zabitlərdən fərqli olaraq onun əleyhinə hər hansı bir ifadə verməyib.

 

 

Şəbnəm

Gununsesi.info