Ziya Məmmədovun əlindən alınan idarələrə dövlət 49 milyon manat yardım ayırır

  • By Mayil
  • 25 Noyabr 2016 15:43

neqliyyat

Gələn il ölkənin üç böyük şəhərində avtomobillə sərnişindaşıma sektoruna ümumilikdə 49 milyon manata yaxın vəsait ayrılacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə budget.az 2017-ci lilin dövlət büdcəsi layihəsinə istinadən məlumat verir.

Layihəyə görə, 2017-ci ildə Bakı, Gəncə və Sumqayıt şəhərlərində sərnişindaşıma sektorunun fəaıkiyyətinin təkmilləşdirilməsinəümumilikdə 48 milyon 833 min manat vəsait ayrılıb. Bu vəsaitin 2.3 milyon manatı bu şəhərlərdə yaradılmış qurumların saxlanmasına, 46,5 milyon manatı isə nəqliyyat sahəsində fəaliyyətlərinin təşkilinə yönəldiləcək.

Bakı Nəqliyyat Agentliyinin saxlanmasına 2,1 milyon manat, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə 122,7 min manat, Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə 117,7 min manat ayrılması nəzərdə tutulub.

Bakı şəhərində sərnişindaşıma işinin təkmilləşdirilməsi üçün Bakı Nəqliyyat Agentliyinə 46 milyon manat ayrılacaq. Gəncə və Sumqayıtdakı sərnişindaşıma İdarələrinin hər birinə bu məqsədlə 250 min manat ayrılması nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi 2016-cı ildə prezidentin fərmanı ilə yaradılıb.

Vüsalə Rüstəmova

Gununsesi.info