Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

17 Yanvar 2018

20 Sentyabr 2017 - 12:42

Ziya Məmmədovun bacısı işdən çıxarıldı- NAZİRLİK ARAŞDIRMA APARIR
59c22cab0d838_00001
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılması ilə bağlı məlumat yayılıb.
Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, M. Məmmədova işində yol verdiyi nöqsana və haqqındakı rüşvət alma ittihamına görə vəzifəsindən çıxarılıb.
Liseydən bildirilib ki, Məhbubə Məmmədova 3 gündür ki, səhhəti ilə bağlı işə çıxmır: “Ancaq onun işdən çıxarılması barədə məlumatlı deyilik”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov da danışıb. O qeyd edib ki, hazırda nazirliyin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılır: “Ancaq məktəb direktoru işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə ictiamiyyətə məlumat verəcəyik”.
Qeyd edək ki, sabiq nazirin bacısının pedaqoji fəaliyyəti ilə bağlı mətbuatda çoxlu neqativ informasiyalar yayılıb. O, əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub.
Xatırladaq ki, son günlər keçmiş nazir Ziya Məmmədovla bağlı bir- birinin ardınca məlumatlar yayılır. Bildirilir ki, sabiq nazir Xarici İşlər Nazirliyinin yanındakı evini də satışa çıxarıb. Onun oğlu Anar Məmmədovla birgə xaricə köçmək istəyinin olduğu da vurğulanır.

Gununsesi.info