Ziya Məmmədovun Bakıdakı villası yanıb

  • By admin
  • 02 İyul 2018 09:33

Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidəki villada başlanan yanğının qarşısı alınıb. Gununsesi.info-nun əməkdaşının xəbərinə görə, yanğın zamanı villanın içərisindəki əşyalar yanıb..

****

Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb.

Gununsesi.info xəbər verir ki, hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır.

Şahidlərin “Qafqazinfo”ya verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.

Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.

Gununsesi.info