Ziya Məmmədovun kəndindəki bankomat qarət olunub - FOTOLAR

  • By admin
  • 24 Dekabr 2016 10:16

unnamed-3

Ucarda bankomatdan oğurluq olub.

Gununsesi.info xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Rayonun Qazıqumlaq kəndində yerləşən Beynəlxalq Banka məxsus  bankomat naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub. Ucar Rayon Polis Şöbəsindən verilən məlumata görə,  məlum hadisə ilə bağlı hələlik şübhəli şəxs qismində saxlanılan yoxdur.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

unnamed-2 unnamed-1 unnamed

Gununsesi.info