Gununsesi.info xəbər verir ki, bunu aznews.az-a açıqlamasında sabiq millət vəkili Elton Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun vəzifədən çıxarılmasına münasibətində deyib. O, nəinki Ziya Məmmədovun vəzifədən çıxarılmasını, hətta öz ölümünün də gözlənilən olduğunu dedi:

“Mən öz ölümümə də hazıram. Bunu gözləmirdik. Ölkə rəhbəri qərar verir. Qərarın sahibi ölkə rəhbəridir. Bu məsələ müzakirə olunmur.”

Elton Məmmədov Ziya Məmmədovun ilk Azərbaycanın Nəqliyyat naziri kimi tarixdə qaldığını bildirib:

“Tarix olanı, elm mümkün olanı, fəlsəfə isə olmalı-olanı müzakirə etməli və onu araşdırmalıdır. Ziya Məmmədov 20 il bu vəzifədə olub və bu müddətdə ölkə rəhbəri və onun apardığı siyasi kursa canı,qanı ilə xidmət edib. Hər birimiz o inkişafı görüb, qiymətləndiririk. Ölkə rəhbəri kimi vəzifədən azad edib, kimi təyin edəcəksə, bu müzakirə oluna bilməz.”

Onuda qeyd edək ki, Gununsesi.info-nun əməkdaşı da məlum məsələ ilə bağlı sabiq nazirin qardaşı, eks-deputat E.Məmmədovla əlaqə saxlamağa çalışıb. Ancaq sabiq deputatın telefonuna onun əvəzindən cavab verən və özünü köməkçisi kimi təqdim edən şəxs E.Məmmədovun güya Azərbaycanda olmadığı və bu səbəbdən də ona ünvanlanan suala cavab verə bilməyəcəyini deyib.

Əlavə şərhə ehtiyac yoxdur!

Gununsesi.info