Ziya Məmmədovun villası əlindən alındı - FOTOLAR

  • By admin
  • 01 Noyabr 2017 10:44

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun bir sıra mülkləri əlindən alınlb.

Gununsesi.info “Yeni Müsavat”a istinadən xəbər verir ki, sonuncu olaraq sabiq nazirin Göyçayın Potu və Hüngütlü kəndləri arasında yerləşən 20 hektardan artıq ərazi geri alınıb. Qəzet yazır ki, Z. Məmmədov nazir olan vaxt onun qohumu, hazırda Ucarın icra başçısı olan Mənsur Məmmədov Göyçayın icra başçısı idi. Ziya Məmmədov Mənsur Məmmədovun vasitəsilə Göyçayda 20 hektardan artıq ərazini alaraq orada böyük bir villa tikdirib.

Qəzet yazıb ki, artıq sabiq nazir həmin ərazinin və villanın sahibi deyil. Sözügedən mülkün giriş qapısına isə “AZNAR Qapalı Səhmdar Cəmiyyətinə məxsus Nar Bağı” lövhəsi yerləşdirilib.

Xəbərə görə, həmin bağı öz balansına keçirmək üçün AzNar 4,5 milyon manat pul ödəyib. Amma bu pul Ziya Məmmədova deyil, dövlətə ödənilib. Belə ki, həmin mülk hərraca çıxarılıb və “AZNAR” ərazini alıb.

Gununsesi.info