Ziya Məmmədov vətəndaşları qəbul edib - FOTOLAR

  • By admin
  • 24 İyun 2016 15:30

d419fe3caff0

 

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, nəqliyyat naziri Ziya Məmmədov iyunun 24-də Samux rayonunda qəbul keçirib.
Gununsesi.info xəbər verir ki, nazir Daşkəsən, Göygöl, Samux rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciət, şikayət və təkliflərini dinləyib.
Vətəndaşların müraciətlərinə əsasən, Daşkəsən-Mingəçevir-Bakı müntəzəm marşrut xəttinin və Göygöl-Qazax-Qırmızı Körpü yeni marşrut xəttinin açılmasında köməklik göstərilməsi, eləcə də Bakı-Göygöl-Bakı marşrut xətti üzrə hərəkət qrafikində müəyyən dəyişikliklər edilməsi təklif olunub. Samux və Göygöl şəhərlərində müasir standartlara uyğun avtovağzal kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı təkliflər, vətəndaşların qaldırdığı məsələlərlə bağlı müraciətlərə baxılıb. Samux rayonunun yol-nəqliyyat kompleksində görülmüş işlərlə bağlı vətəndaşlar tərəfindən minnətdarlıq ifadə olunub.
Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.
a745a48fe299
b2e169ba01b4
215798a62a50da2c8c9cfcada5de8c39
 c6cac942f6c2
d90e1bab45be