Ziyafət Əsgərov Fazil Mustafaya “sataşdı”: "BAŞIN BƏDİİ ƏDƏBİYYATA QARIŞDIĞINDAN, HÜQUQ YADDAN ÇIXIB"

  • By admin
  • 14 Fevral 2017 16:58
ziyafet
“Fazil Mustafa başın bədii ədəbiyyata qarışdığından, hüquq yaddan çıxıb”.
Gununsesi.info xəbər verir ki. bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu gün parlamentin bu gün keçirilən iclaasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəsi zamanı millət vəkili fazil Mustafanın səsləndirdiyi fikirlərə  cavab verərkən deyib.
Dputat Fazil Mustafa isə hərbi vəziyyət şəraitində seçkilərin təxirə salınması ilə bağlı müddəaya etiraz edib: “Bəlkə 10 il ərzində müharibə gedəcək, hərbi rejim davam edəcək, o halda seçki keçirilməyəcək? Məgər virtual işğal da olur? İşğal işğaldır da” -deyə, Fazil Mustafa bildirib.

Buna cavab olaraq Z.Əsgərov bildirib ki, Konstitusiyanın 111-ci maddəsinə diqqət etmək lazımdır: “ Orada qeyd olunur: “…Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda…”. Ardı da var. Başınız qarışıb bədii ədəbiyyata, hüquq yadınızdan çıxıb”. 
Mürtəza
Gununsesi.info