Ziyafət Əsgərov da Mehdiyevə qarşı - AMEA-da BAŞ VERƏNLƏR DÖVLƏTÇİLİYƏ ZƏRBƏDİR

  • By admin
  • 14 Fevral 2022 14:32

“Təəssüf ki, Azərbaycan elminin beşiyi olan Azərbaycan Milli Elmlər Akademiyasında son zamanlar yüksələn etirazlar, edilən şikayətlər onu göstərir ki, bu qurumda baş verənlər ölkə elminin inkişafında əngələ çevrilməkdədir”.

Gununsesi.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Ziyafət Əsgərov AMEA prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı qalmqala münasibət bildirirəkən yazıb.

“AMEA-nın Prezidenti akademik Ramiz Mehdiyev fərqində olmamış deyil ki, bu beyin mərkəzində yaranmış vəziyyət təkcə elmimizə deyil, bütövlükdə cəmiyyətimizə, dövlətimizə vurulan zərbədir. Çünki elm, eyni zamanda, dövlətçilik və milli təhlükəsizlik məsələsidir. Hesab edirik ki, Milli Elmlər Akademiyasının indiyədək qazanılmış nüfuzunu itirmədən Ramiz Mehdiyevin yüksələn etirazlara müvafiq qərar qəbul etməsi məqsədəuyğun olardı.

İnanmaq istərdik ki, elmimizin sabahı naminə belə də olacaq”-deyə deputat bildirib.

Z.Əsgərov yazıb ki, indi Azərbaycan inkişafın elə bir mərhələsinə qədəm qoyub ki, qarşılaşdığı bütün problemlərin öhdəsindən öz gücü hesabına gəlmək iqtidarındadır. Hazırda Azərbaycan iqtisadiyyatı regionun ən rəqabətqabiliyyətli iqtisadiyyatı olmaqla həyata keçirilən böyük enerji və nəqliyyat layihələri ilə qlobal enerji və nəqliyyat təhlükəsizliyinə mühüm töhfələr verib, ölkəmiz borc alan ölkədən donor ölkəyə çevrilib.

İkinci Qarabağ müharibəsi və onun nəticələri bir daha Azərbaycanın iqtisadi qüdrətini ortaya qoyub, Qarabağ yenidən Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib.

Gununsesi.info