XƏBƏR LENTİ

17 Fevral 2018

26 May 2016 - 12:14

Ziyalılar həyacan təbili çaldı-PREZİDENTƏ MÜRACİƏT

tarixi bina

Sizdən acizanə xahiş edirik: “Muzey kimi, tariximiz kimi qorunmalı olan binaların, məhəllələrin sökülməsinin qarşısını alasınız”

Bir qrup Azərbaycan ziyalısı  Bakının mərkəzində dövlət mühafizəsində olan 22 memarlıq abidəsinin dağıdılmasına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan ölkə başçısına şikayət edib. Gununsesi.info-un xəbərinə gorə, ziyalılar müraciətlərində bu addımlarını vətəndaş mövqeyi ilə əsaslandırıb: “Cənab prezident! Biz hər birimiz bu dövləti sevən, bu torpağı VƏTƏN bilən Azərbaycan vətəndaşıyıq. Dövlətin möhkəmlənməsi,inkişafı, tanınması, yüksəlməsi naminə görülən bütün işləri dəstəkləyir və həmişə yanınızdayıq. Bakı bu Vətən dediyimiz dövlətin paytaxtı-ürəyidir. Onun hər daşı hər birimiz üçün əzizdir, qiymətlidir vətənin bütün daşları kimi. Amma bu daşlar bu gün başımza, ürəyimizə yağır. Bakıda sökülməli olan evlər, məhlələr var. Onun göz bəbəyimiz kimi qorunmalı olan daşları da var. Hal-hazırda elə binalar sökülür,dağıdılır ki, onlar tariximizdir – onlar Bakıdır. Onlarda Bakının qoxusu var. İnandığımız, güvəndiyimiz, son istinad yerimiz olan bir İNSAN kimi, bu dövləti sevən rəhbər kimi sizdən acizanə xahiş edirik, muzey kimi, tariximiz kimi qorunmalı olan binaların, məhəllələrin sökülməsinin qarşısını alasınız.Yoxsa, Bakımız məhv olacaq. Heç olmasa qalanları xilas edək”.

Müraciəti imzalayanlar arasında yazıçılar, media nümayəndələri,  memar, təhsil işçiləri, alimlər, mühəndis və hüquq müdafiəçiləri də var.

 

Gülnaz