
İranda ziyarətgaha hücumda ittiham edilən Tacikistan vətəndaşına edam cəzası verilib.
Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Fars əyalətinin baş hakimi Seyid Kazım Musəvi deyib:
“Şahçıraq ziyarətgahının zəvvarlarına və işçilərinə silahlı hücumda təqsirləndirilən tacikisanlı Mustafa Əsləm Yar iki dəfə ölüm cəzasına məhkum edilib”.
Qeyd edək ki, məhkəmə təqsirləndirilən ikinci və üçüncü şəxslərin hər birini 5 il müddətinə azadlıqdan məhrum etmə və İrandan deportasiya cəzasına məhkum edib.
Gununsesi.info