
ABŞ-da kültə bənzər “Zizian” qrupunun lideri olduğu iddia edilən Cek LaSota Merilend ştatında həbs edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Sərhəd Mühafizəsi agentinin öldürülməsi də daxil olmaqla, beş fərqli cinayətlə əlaqəsi olduğu üçün araşdırılan LaSota-nın veqanizm, cinsi kimlik və süni intellekt kimi mövzularda bloq yazıları var.
34 yaşlı LaSota digər qrup üzvü 33 yaşlı Mişel Zayko ilə birlikdə bazar günü Merilend ştatında nəzarətə götürülüb.
Səlahiyyətlilər bildiriblər ki, LaSota və Zajko sərhədləri pozmaq, hakimiyyət orqanlarına mane olmaq və lisenziyasız silah saxlamaqda ittiham olunurlar. Çərşənbə axşamı Allegany İlçe Məhkəməsində iki müttəhimin zaminə buraxılması ilə bağlı dinləmənin keçiriləcəyi gözlənilir.
Zizian qrupunun yanvar ayında ABŞ-Kanada sərhədində ABŞ Sərhəd Patrul agentinin öldürülməsi də daxil olmaqla, Vermont, Pensilvaniya və Kaliforniyada beş cinayətlə əlaqəli ola biləcəyi ehtimal edilir. Yanvarın 20-də Vermont ştatının Koventri şəhərində 44 yaşlı Sərhəd Xidmətinin əməkdaşı David Maland atışma zamanı öldürülüb.
Orxan Saffari