Zlatan İbrahimoviçin portreti olan suvenir əsginas hazırlandı - İSVEÇDƏ - FOTO

  • By admin
  • 27 İyul 2017 23:10

zlatan

İsveç futbol yığmasının tarixində ən güclü hücumçu Zlatan İbrahimoviç üzərində özünün təsviri olan 1000 kron nominalında əsginası təqdim edib.

“Sizdə Benjamin Franklin də var və mən də varam”, – İbrahimoviç özünün Instagram sosial şəbəkəsində paylaşdığı şəklin altından yazıb.

Gununsesi.info “life.ru”ya istinadla xəbər verir ki, əsginasın üzərində fotoqraf Binqo Rimer tərəfindən çəkilmiş portret əks olunub. Əsginas qanuni ödəniş vasitəsi sayılmır və İsveçdə sərbəst dövriyyəyə buraxılmayacaq.

Gununsesi.info