Zobdan ev şəraitində müalicə

  • By admin
  • 04 Mart 2017 10:58

unnamed (6)

Mütəxəsislərin fikrincə yod insan orqanizmi üçün üçün çox vacib kompanentdir.  İnsanlarda yod çatışmazlığı  yarananda  boğazda  ur (zob) əmələ gəlir. Bu  xəstəliyinin əsas səbəbi də orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki,  qalxanvari vəzin funksiyası pozulduqda o ya normadan çox işləyir, ya da az. Bu isə özünü müxtəlif formada  biruzə verir.  Xalq təbabətində  yod çatışmazlığını aradan qaldırmaq məqsədiilə daha çox duzdan istifadə  məsləhət görülür.

Bu xəstəlik dünyada geniş yayılsa da, onun müalicəsi daha cox son anda cərrahi müdaxilə nəticəsində aradan qaldırılır.  Azərbaycanda da bu xəstəlik geniş yayılıb. Əsasən,  əhalinin Şəki, Zaqatala, Quba, Qusar kimi rayonlarda yaşayanları bu problem daha çox əziyyət çəkir.

Belə ki, qalxanvari vəzin hipofunksiyası, yəni az işlədiyi zaman halsızlıq, ümumi zəiflik, yuxusuzluq, dərinin quruması, saçın tökülməsi, kökəlmə kimi hallar baş verir. Eləcə də,  ürək-damar, mərkəzi sinir, mədə-bağırsaq sistemində pozğunluqlar yaradır.  Qalxanvari vəzin hiperfunksiyası  (yəni normadan çox işləməs)i da orqanizm üçün xeyirli heç nə vəd etmir. Bu cür  halllara  xalq arasında zəhərli zob deyilir.

Endokrinoloqlar zobdan əziyyət çəkənləri xarici görünüşdən tanımağın asan olduğunu söyləyirlər. Onların sözlərinə görə, belə insanlar gözləri bərəlmiş, çox arıq, əsəbi, ürəyin tet-tez döyünməsi halı ilə müşahidə edilir.

Onlarda   həmişə istilənmə, ürək döyünmə çox olduğuna görə tövşüyürlər. Xəstəlik nəticəsində insanlarda  həddindən artıq səbrsizlik, kəmhövsələlik olur.  Eyni zamanda tərləmələr və əllərində  əsmə baş verir.
Bu cür əlamətləri hiss edənlər mütləq endokrinoloqa müraciət etməlidir. Çünki zob müalicə olunan xəstəlikdir. Ümumiyyətlə, isə hər bir insanın yoda ehtiyacı var. Uşaqların, hamilə qadınların, əqli işlə məşğul olanların yoda tələbatı daha çoxdur. Lakin  texniki yodla, orqanizmə lazım olan yodu səhv salmamaq lazımdır.

Lakin bununla belə, yod flakonunun ağzını açıb yataq otağına qoymaq, qalxanvari vəzin üstünəsürtmək  əks təsir göstərə bilər.  Çünki  texniki yodu  orqanizm mənimsəyə bilmir. Suyun içinə yod damızdırıb içiləndə isə bu, vəzdə böyümə zamanı daha pis nəticə verir. Çünki yod artıq böyümüş vəzi qıcıqlandırır,  mənimsəmə isə baş vermir.

Endokrinoloqlar məsləhət görür ki, yod çatışmazlığı olduqda həblər şəklində satılan yod preparatları qəbul edilsin. Orqanizmin tələbatını ödəmək üçün yodla zəngin qida məhsullarının istifadə də zəruridir. Dəniz heyvanları, dəniz məhsulları yodla çox  zəngindir. Yodlaşdırılmış duzdan da istifadə olunmalıdır.  Lakin bu duz ağzıbağlı qabda saxlanmalıdır.
Həmçinin orqanizmdəki yod çatışmazlığını aradan qaldırmaq üçün gündəlik qəbul etdiyimiz  qida tərkibində yodla zəngin qidalara -süd, dəniz məhsulları, balıq, kürü, eləcə də qarabaşaq, buğda, kələm, qoz, xurma, feyxoa kimi meyvə-tərəvəzlərdən istifadə genişləndirilməlidir.

Zob xəstəliyinin müalicə üsulları:

Ev şəraitində zob xəstəiyinin  müalicəsi:

1 stəkan ilıq suya 2 çay qaşığı alma sirkəsi töküb və bu qarışığa 3 damcı yod əlavə edib ,10 gündən bir içmək. Ayda 3 dəfə etmək lazımdır.

Dəniz kələmindən istifadə etmək (apteklerdə satılır,istifadə etmə qaydaları qutunun üzərində qeyd var)

Hər yemək yeyəndə baş soğanı salat kimi yemək. Nə qədər yeyə bilsəniz, o qədər yaxşıdır.

1 vanna təxminən 40 dərəcə suya 3 xörək qaşığı dəniz və ya xörək duzu töküb, üstünə kənarda bir qabda marqanizli suyla qarışdırıb, həmin vannaya əlavə edin. Suyun rəngi açıq gül rəngində olmalıdır. 5-7 dəqiqə bu suda uzanmaq lazımdır. Həftədə 2 dəfə etmək olar.

1 vanna suya 3 xörək qaşığı dəniz və ya xörək duzu əlavə edib, üstünə 5-6 damcı yod töküb 5 dəqiqə uzanmaq olar. Həftədə 2 dəfə.

Yodun səviyyəsini necə yoxlamalı

Yodun səviyyəsini bədəndə yoxlamaq üçün axşam yatmazdan əvvəl bədəninin görünməyən bir yerində ya böyründə, ya da qolun altında yoddan üstəgəl (+ ) isarəsi  qoyub, quruyanadək gözləyib sonra yatın. Səhər duranda həmin işarələr tam sovrulubsa, deməli, bədəndə yod çatəşmamazlığı var.

Belə olan halda yuxarıda göstərilən əməliyyatları həftədə 4 dəfə təkrarlamaq  lazımdır. Lakin əgər səhər oyananda  axşamdan çəkdiyiniz  işarələri səhər-səhər az da olsa bilinirsə, onda əməliyyatları dayandırmaq lazımdır.

Bütün hallarda əgər özünüzdə  bu xəstəliyin əlamətlərinin olmasından şübhələnirsinizsə, həkimə müraciət edin və bunu nə qədər tez etsəniz, bir o qədər sağlamlığınıza qovuşacaqsınız.

Gülnaz Qənbərli

Gununsesi.info