Zöhrə Abdullayeva onu tənqdi edənləri MƏHKƏMƏ İLƏ HƏDƏLƏDİ

  • By admin
  • 10 Yanvar 2018 13:24

Əməkdar artist Zöhrə Abdullayeva onu tənqdi edənləri məhkəmə ilə hədələyib.

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, müğənni sosial şəbəkədə onun şəklinə nalayiq sözlər yazanları bir-bir tapacağını deyib.

Abdullayeva “Sayqa ilə bu axşam” verilişində bu halın onu çox əsəbiləşdirdiyini bildirib:

“İnstaqramda bir az qısa ətəkdə fotomu paylaşıblar. Altından da tənqidlər yazırlar. Tənqid yazanları bir-bir məhkəməyə gətizdirəcəm. Ayıb olsun mənfi rəy yazanlara. Sizin üçün mən dünənki uşaq deyiləm. Xaricdən Şakira gəlib 8 aylıq hamilə ola-ola səhnəyə çıxmışdı. Tərifini göyə qaldırdılar. Bizimkilər bunu etsəydi, nələr deyərdilər. Özünüzü yığışdırın, bugünki cocuklar. Dönüb öz keçmişinizə baxın, sonra mənə o sözləri yazın. Hamınızı məhkəməyə verəcəm”.

Gununsesi.info