Zöhrə Abdullayeva: “Depressiyadan əlimə və alnıma ləkə düşüb” – VİDEO

  • By admin
  • 31 Dekabr 2019 09:30

Zaur, sən məni həyata qaytardın. Könül Xasıyeva isə musiqiyə. Konsertində məni zorla səhnəyə dəvət etdi. Həyatdan küsməmişdim, artıq getmişdim. Mən yox idim.

Gununsesi.org xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva ATV-də yayımlanan “Bizimləsən” sosial-ictimai proqramında deyib. 47 yaşlı oğlu İsrafil Abdullayevi itirən sənətçi, uzun fasilədən sonra səhnəyə qayıtmasından söz açıb. Abdullayeva aparıcı Zaur Baxşəliyevin ona dayaq və dəstək durduğunu bildirib:

“Bir az özümə gəlmişəm. Sən (red: Zaur) mənə oğul əvəzisən. Az qalmışdı ki, ölüm. Sərhədin o tayında həkimlər mənə ürəyimlə bağlı xoş olmayan proqnoz qoydular.

Anju əməliyyatı etmək istədilər. Dedim ki, gedim vətənimdə ölüm. Zaur məndən çox nigarandır. Bunu anlayıb, başa düşürəm. Depressiyadan əlimə və alnıma ləkə düşüb”.

Qeyd edək ki, Əməkdar artist Zöhrə Abdullayevanın oğlu İsrafil Abdullayev beyin xərçəngindən ötən ilin may ayında dünyasını dəyişib. Onun iki övladı var. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır. İ.Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. Səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb.

 

Xəzər oxu.az saytında dərc edilib.

 

 

Gununsesi.org