“Zombi” reportaj zamanı jurnalisti dişlədi –  VİDEO

  • By admin
  • 25 Fevral 2021 19:05

Avstraliyada “zombilərin” aksiyasından reportaj hazırlayan jurnalist Byanka Stounu etirazçılardan biri dişləyib.

Gununsesi.info xəbər verir ki, iqlim dəyişikliyi ilə bağlı sualların cavabsız qalacağı təqdirdə gətirib çıxaracaq nəticələri göstərmək istəyən etirazçılar “zombi” formasında qrimləniblər.

Pralament binasının qarşısında keçirilən dinc aksiya zamanı “zombi”lərdən biri jurnalistə yaxınlaşıb, onu cırmaqlayıb və dişləməyə başlayıb.

Lakin buna əhəmiyyət verməyən Stoun işinə davam edib.

 

Gununsesi.info