Zoologiya Muzeyi pullu oldu

  • By admin
  • 10 Oktyabr 2017 15:54

3

Xəbər verdiyimiz kimi, AMEA-nın Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zoologiya  Muzeyi bundan sonra pullu xidmət göstərəcək.

Gununsesi.info xəbər verir ki, unikal.org-un əməkdaşı bununla bağlı muzeyin direktoru, biologiya üzrə fələsəfə doktoru Səbinə Bünyatova ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, müxtəlif hallarda muzeyə giriş qiymətləri dəyişəcək: “Elm haqqında” qanuna əsasən, sahibkara bu dəyişikliyi etməyə icazə verilir. Burada maarifləndirmə işləri aparılır. Bununla bağlı biz artıq bəzi turizm şirkətləri ilə müqavilə imzalamışıq. Məhz buna görə muzeyə giriş pullu olub. Qiymətlər böyüklər üçün 3 AZN, uşaqlar üçün 2 AZN təşkil edir.

Digər hallarda, məsələn, məktəblərdən xüsusi müraciət olunduqda, bu qiymətlər dəyişəcək. Böyüklər üçün 2 AZN, uşaqlar üçün 1 AZN təşkil edəcək”.

Gununsesi.info