Zorakılığa məruz qalan 14 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA-YENİLƏNDİ

  • By admin
  • 06 İyun 2023 19:19

Bakıda yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, yeniyetmə ailədən alınaraq sığınacağa yerləşdirilib. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.

13:52

Bakıda 14 yaşlı qıza qarşı seksual zorakılıq edilib.

İddia olunur ki, 14 yaşlı qıza qarşı seksual zorakılıq edən iki nəfərdən biri onun öz doğma qardaşı olub.

Təhlükə ailədən gəldiyi üçün yeniyetmə qız Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Bu barədə Lent.az-ın sorğusunu cavablandıran Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə cinsi zorakılığa məruz qalan yeniyetmə qızın onların sığınacağına yerləşdirildiyini təsdiqləyib:

“Seksual zorakılığa məruz qalan qızın 14 yaşı hələ tamam olmayıb. Azyaşlının psixoloji durumu heç yaxşı deyil. Qız iddia edir ki, qardaşı da ona qarşı seksual hərəkətlər edib. Lakin bütün bunlar iddiadır. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək”.

Gununsesi.info