Avropanın iqtisadi və siyasi suverenliyi ilə bağlı çıxış zamanı zalda olan bir neçə şəxs Makronun siyasətini tənqid edən şüarlar səsləndirməyə başlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, zaldakı insanlar Makrondan “Haradadır, Fransa demokratiyası?” sualına cavab almağa, həmçinin Fransa prezidentinin diqqətini “İqlim konvensiyasına əməl olunmur!” faktına diqqəti cəlb etməyə çalışıblar,pensiya islahatına qarşı Fransa şəhərlərinin küçələrində keçirilən etirazları xatırladıblar.
Makronun özü də müvafiq məzmunlu pankartda “zorakılıq və ikiüzlülük prezidenti” adlandırılıb.
Şəbnəm
Gununsesi.info