Zubir Avropa Liqasında həftənin ən yaxşısı seçildi

  • By admin
  • 17 Fevral 2024 10:37

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu bəlli olub.

Gununsesi.info bildirir ki, bu nominasiyada “Qarabağ”ın futbolçusu Abdullah Zubir bütün rəqiblərini qabaqlayıb.

O, səsvermədə “Qalatasaray”dan Mauro İkardi, “Milan”dan Ruben Loftus-Çek və “Benfika”dan Anhel Di Marianı geridə qoyub.

Səfərdə “Braqa”nın qonağı olan Azərbaycan çempionu 4:2 hesabı ilə qalib gəlib. Zubir iki qol vuraraq, oyunun qəhrəmanı olub. Bir ötürmə ilə yadda qalan Abdullah 84 faiz dəqiq ötürmə ilə fərqlənib.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab matçı fevralın 22-də Bakıda baş tutacaq.

Gununsesi.info