Zülfiyyə Xanbabayeva qızıyla festivalda - FOTO

  • By admin
  • 11 İyul 2016 10:40

zuliya

 

 

Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva “Jara” Beynəlxalq Musiqi Festivalında taçmaşaçı qısmində iştirak edib. Gununsesi.info-nun məlumatına görə, tanınmış müğənni festivalı izləməyə qızı Dənizlə birgə qatılıb.

Qeyd edək ki, Dəniz Xalq artistinin yeganə qızıdır. Oktyabr ayında onun 9 yaşı tamam olacaq.

Xatırladaq ki, iki gün davam edəcək festivalda çoxlu sayda məşhur müğənnilər iştirak edir. Festivalın birinci günündə səhnəyə Diana D., A-DESSA, Katya Lel, Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu, Filip Kirkorov, Aleksandr Revva, Vlad Sokolovski, Artik və Asti dueti, Anita Tsoy, Tomas Nevergreen, “Suxiye” qrupu, Azər Nəsibov, Slava, Loboda, Sati Kazanova, Polina Qaqarina və başqaları çıxdılar.

Festivalın iştirakçıları sırasında Stas Mixaylov, Vladimir Presnyakov, Ani Lorak, Qriqori Leps, Leonid Aqutin, Anna Sedokova, Denis Klyaver, “Arsenium”, Mitya Fomin, Bahhtee, “The Jiggits”, habelə digər nüfuzlu ifaçılar və qruplar da yer alıb.

“Jara”nın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. Festival hər il Bakıda keçiriləcək.

 

zuli

Xəyalə Xanəziz