
Gürcüstan prezidenti Salome Zurabişvili Emmanuel Makrona məktub yazaraq onu təcili olaraq Tbilisiyə dəvət edib.
Gununsesi.info xəbər verir ki, Zurabişvili baş verəcək görüşün mayın 26-ı üçün nəzərdə tutub.
Zurabişvilinin sözlərinə görə, bundan əvvəl də Makronun sentyabrda, parlament seçkiləri öncəsi Gürcüstana gəlişi məsələsi müzakirə olunub:“Ancaq indi təhlükə altında olan təkcə Gürcüstan deyil. İndi söhbət ümumiyyətlə Rusiyanın Qafqazdakı təsirindən gedir”.
Bildirilir ki, Makron administrasiyası hələlik cavab gəlməyib.
Qeyd eədk ki, bazr günü Makron Almaniya kansleri Şolzla Gürcüstandakı vəziyyətlə bağlı birgə bəyanat verib:
“Hər iki ölkəmiz Gürcüstanın Avropa yolunun qatı tərəfdarı olub və 2023-cü ilin dekabrında Avropa Şurasının namizəd statusunun verilməsi ilə bağlı qərarını fəal dəstəkləyib. Gürcüstan hökumətinin və hakim partiyasının bu yoldan çıxmaq qərarını dərin təəssüf hissi ilə qeyd edirik”.
Gununsesi.info