Zurabişvili prezident sarayını tərk etməyəcəyini açıqlayıb

  • By Günel
  • 13 Dekabr 2024 20:48

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyəcək.

Gununsesi.info Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Zurabişvili bunu brifinq zamanı deyib.

“Mən heç yerə getmirəm. Kimisə tərk etmək niyyətində deyiləm. Mən burada qalacağam”, – Zurabişvili vurğulayıb.

Gununsesi.info