Zurabişvili: Ukraynada baş verən hadisələr Gürcüstan və Moldovanın Aİ ilə yaxınlaşmasını sürətləndirdi

  • By admin
  • 28 Fevral 2024 12:30

Ukraynadakı hərbi münaqişə faktiki olaraq Gürcüstan və Moldova arasında Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma prosesini sürətləndirdi.

Gununsesi.info xəbər verir ki, bu fikri Gürcüstan prezidenti Salome Zurabişvili “Sky News” telekanalına müsahibəsində deyib.

“Biz Ukrayna ilə eyni yoldayıq, bilirik ki, bizim yeganə perspektivimiz Avropa İttifaqı ilə daha çox yaxınlaşmaqdır və bu, Ukrayna ilə birlikdə getdiyimiz yoldur. Biz Moldova və müharibə ilə əlaqəli üçlük idik. Ukrayna əslində bu yolu sürətləndirdi və ölkələrimizi Aİ-yə üzvlük üçün namizəd statusuna gətirdi”, – Böyük Britaniyada səfərdə olan Zurabişvili bildirib.

Xatırladaq ki, 2023-cü il noyabrın 8-də Avropa Komissiyası Avropa İttifaqı Şurasına Bosniya və Herseqovina, Moldova və Ukrayna ilə icmaya qəbulla bağlı danışıqlara başlamağı, həmçinin Gürcüstana üzvlük üçün namizəd statusunun verilməsini tövsiyə edib.

Avropa Komissiyasının məlumatında deyilir ki, Gürcüstana müxtəlif sahələrdə islahatlar da daxil olmaqla, doqquz addım başa çatmaq şərti ilə namizəd statusunun verilməsini tövsiyə edir.

Avropa Şurasının rəhbəri Şarl Mişel dekabrın 14-də bəyan edib ki, icma ölkələri Ukrayna və Moldova ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq qərarına gəliblər. Sammitdə Gürcüstana namizəd statusunun verilməsi də elan edilib.

Gununsesi.info