Zurabişvilinin sarayının qarşısına qatar qoydular

  • By Admin2
  • 10 Dekabr 2024 17:40

Gürcüstan prezidentinin sarayının qarşısına bələdiyyə orqanları tərəfindən qatar qoyulub.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan Prezident Salome Zurabişvili deyib.

“Orbeliani meydanında, sarayın qarşısında mənimçün qatar qoyublar. Görək kim gedəcək!”, – Zurabişvili bildirib.

Gürcü mətbuatının məlumatına görə, qatar həqiqi deyil, ola bilsin ki, Tiflis meriyası tərəfindən Yeni il ərəfəsində quraşdırılan bayram tədbiri ilə əlaqədardır.