Əfqanıstanda güclü partlayış: ÖLƏN VƏ YARALANAN VAR

  • By admin
  • 22 İyun 2017 13:30

08

Əfqanıstanın cənubunda Helmand əyalətində bomba yüklü avtomobillə təşkil edilən hücum nəticəsində 20 nəfər həlak olub, 50-dən artıq insan yaralanıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum Əfqanıstanda fəaliyyət göstərən banklardan birinin qarşısında reallaşdırılıb.

Qeyd edək ki, heç bir qruplaşma baş vermiş insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

Anar

Gununsesi.info