“Əkin sahələrimiz yanır” - GORANBOYUN İCRA BAŞÇISI MƏCBURİ KÖÇKÜNLƏRİN MÜRACİƏTLƏRİNƏ ƏHƏMİYYƏT VERMİR

  • By admin
  • 22 İyun 2017 15:16

nizameddin

Respublikanın əkinçiliklə məğul olan rayonlarında məskunlaşan məcburi köçkünlərin əkin sahələri susuzluqdan və suvarma prosesini həyata keçirə bilmədiklərindən əziyyətləri hədər gedib.

Goranboy rayon Poylu kəndində məskunlaşan bir qrup məcburi köçkün ailəsi Gununsesi.info-ya bununla bağlı müraciət edib.

Onlar bildiriblər ki, istifadələrində olan əkin sahələrinə rayonun Su Kanal İdarəsi tərəfindən suyun verilməsinə süni əngəllər yaradılıb. Belə ki, onların min-bir əziyyətlə ərsəyə gətirdikləri əkin sahələri susuzluqdan yanaraq məhv olur. Lakin onların əlindən bunun qarşısını almaq üçün heç nə gəlmir.

Məcburi köçkünlərin sözlərinə görə, bununla bağlı dəfələrlə Prezident Adminstrasiyasının Goranboy rayonu üzrə kuratoruna müraciət ediblər, lakin buna baxmayaraq, şikayətlərinə baxılmayıb, dərdlərini dinləyən, kömək əlini uzadan olmayıb.

Məcburi köçkünlər iddia edirlər ki, Nizaməddin Quliyev Goranboya icra başçısı təyin ediləndən indiyədək onlara qarşı düşmənçilik aparır, qərəzli münasibət sərgiləyir. Müraciət etdikləri qurumlar isə lazımı tədbirlər görmürlər.

Onlar bildiriblər ki, məcburi köçkünlərin yeganə dolanışıq yerləri kənd təsərrüfatı məhsullarını becərdikləri əkin sahələridir. Su olmayanda isə bütün zəhmətləri hədər olur, məhsul əldə edə bilmirlər: “Bizim dərdimiz sudur. Ağ suyu da biz pulla alırıq. Əkini sulamaq üçün də pulla su alırıq, özü də baha qiymətə. Çətindir, çox çətindir. Bizim dərdimiz çəkiləsi deyil. Səsimizi eşidən, dinləyən, çarə qılan isə yoxdur. Baxmyraq ki, möhtərəm prezidentimiz İlham Əliyev belə hallarla bağlı müşavirələrdə dəfələrlə xəbərdarlıq edir, icra başçılarının fəliyyətini tənqid edir ki, hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Nizaməddin Quliyev isə bütün bunları qulaqardına vurur”. 

su_61

Gülnaz Qənbərli 

Gununsesi.info