Əli Abbasov prezidentin müşaviri təyin olundu - TƏYİNAT

  • By admin
  • 24 May 2017 12:30

eliabbasov3

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb.

AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-da müşavir vəzifəsinə təyin olunduğunu bildirib.

Rəyasət Heyəti təklifi dəstəkləyib.

Gununsesi.info