Ən ucuz və sağlam pəhriz

  • By admin
  • 24 Mart 2017 15:12

unnamed (7)

Bayramdan sonra istifadə edilən pəhrizlərin ən yaxşısı  yelpənək və xiyardır.

Gununsesi.info-nun xəbərnə görə, bu  pəhrizlə 2 həftədə 3-6 kilo arası arıqlamaq mümkündür. Səbəbi bu pəhrizlə digər pəhrizlərə nisbətən daha tez  arıqlama baş verir.  Verilən çəki isə geri qayıtmır.

Xiyar sidikqovucu olduğundan bədəni sürətlə təmizləyən bitkidir. Az kalorili olub,  yağ yandırması ilə tanınır. Bədəndə suyun çox yığılmasından və buna görə çəkilərinin artmasından şikayət edənlər üçün əla vasitədir. Xiyar  duzun su saxlama xüsusiyyətini qaydaya salır və duzun zərərlərini azaldır. Buna görə bol duzlu yeməkləri sevən, amma pəhriz saxlayan insanlar xiyarı duzsuz  yeməlidir.

100 qr xiyarın kalorisi 10-12 arasıdır.  Bu pəhrizdə əsas qida xiyardır. Xiyarı qabıqlı yeyərək lifləri və D vitaminini qoruya bilərik və bununla da arıqlamaqda bizə çox kömək olacaq. Xiyar qabıqlı yeyilməlidir.  150 qr xiyarın tərkibində 1.5 qr lif, 1 qr protein, 12 RDA qədərində C vitamini, kifayət qədər yağ əritmə gücü və sıfır miqdarında xolestrol cəmlənir.

Pəhriz salatı

  1. İri, qabığı soyulmuş xiyarın tumları çıxarılıb üzərinə doğranmış pomidor, dilimlənmiş soğan və keşniş əlavə edilərək qarışdırılır. Bu salat hər səhər və axşam yeyilməlidir.
  2. Yarım xiyar doğranır, kahı, pomidor, bibər, alma, cəfəri, və duz əlavə olunur. Yaxşıca qarışdırılır. Üzərinə yağsız pəhriz yoqurtu əlavə edilir. Limon suyu və ya alma sirkəsi  əlavə edə bilər.

Pəhrizin saxlanması qaydası

Səhər yuxudan duranda 500 ml su.

Səhər yeməyi: 4 qaşıq yulaf, 250 qr qatıq və 2 quru  əncir.

Ara yemək: 500 ml su və 2 ədəd xiyar.

Nahar: 4 ədəd xiyar və 2 qaşıq süzülmüş qatıq və 1 dilim qara çörək.

Ara yemək: 500 ml su, 4 ədəd xiyar və 2 kivi.

Axşam: 4 ədəd xiyar, göyərti, pomidor, motsarella pendiri ilə 1 dilim qara çörək.

Gecə: 21.00-da 500 ml su və 200 qr qatıq, 2 ədəd xiyar və 1 kivi.

Pəhriz II

Xiyar yeyərək 3 günə 1 kilo  çəki atmaq mümkündür. Bu pəhrizdə saat rejiminə düzgün əməl olunmalıdır.

1-ci gün

08:00 – 08:30-da  1 stəkan ilıq su, ballı, limonlu su, 2 xiyar

10:00-da  2 xiyar, 1 stəkan bol sulu ayran

13:00-da üzərinə 1 desert qaşığı zəncəfil və 3 qabak  doğranmış 1 kasa qatıq

17:00-da   1 yaşıl alma

Axşam: 1 pors  zeytunyağlı kabak, 4 qaşıq bulqur plovu

Gecə: 2 xiyar

2-ci gün

08:00 – 08:30-da 1 stəkan ilıq, ballı, limonlu su, 2 xiyar, 2 dilim yağsız pendir

10:00-da  1 kivi, 4-5 ədəd çiyələk

13:00-da 1 pors az yağlı qiymə və qabak, 1 dilim qızardılmış çovdar çörəyi

15:00-da 1 stəkan azyağlı keçi südü, 2 qozun ləpəsi

Axşam:  2 xiyar, 1 yumurta, 2 uzun bibər

Gecə:  2 xiyar

3-cü gün:

08:00 – 08:30-da  1 stəkan ilıq, ballı, limonlu su, 2 xiyar, 2 dilim pendir

10:00-da  1 yaşıl alma

13:00-da 1 kasa yaşıl mərci supu, 1 pors zeytunyağlı kabak

15:00-da  2 xiyar

17:00-da  içinə zəncəfil qarışdırılmış 1 stəkan ilıq, yağsız süd, 2 qoz ləpəsi

Axşam: 1 kasa bol xiyar doğranmış ayran, 3 yumurtanın ağından bişirilmiş uzun bibər omleti

Gecə: 1 ovuc ləbləbi, 2 xiyar

Nəzərinizə çatdıraq ki, bu pəhrizə əməl edərkən maye qəbul etmək olmaz. Yeməkdən 15-20 dəq sonra yaşıl çay, isti su için. Səhər, günorta və axşam yeməklərindən əvvəl maddələr mübadiləsini sürətləndirən bitki qarışımları da qəbul edə blərsiniz.  Yeməyi az-az, yavaş-yavaş yeyin. Hər gün səhər yeməyindən sonra 45-50 dəqiqə sürətli addımlarla gəzin. Gəzintidən sonra 10 dəqiqə duş qəbul etmək yaxşı təsir edir. Yeməklərdə bol miqdarda qırmızı pul bibər, acı bibər yeyin. Pəhriz müddətində şirniyyat, un, şəkər, pomidor, qızartma və spirtli içkidən uzaq olun.

Gülnaz Qənbərli

Gununsesi.info