ABŞ Arakan müsəlmanlarına yardım edəcək - 32 MİLYON DOLLAR

  • By admin
  • 20 Sentyabr 2017 21:25

502c9ebb90ca

ABŞ Xarici İşlər Nazirliyi Myanmada buddistlərin zülmünə məruz qalaraq Banqladeşə qaçmaq məcburiyyətində qalan Arakan müsəlmanlarına yardım edəcəyini açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada ABŞ 32 milyon dollar məbləğində yardım ediləcəyi qeyd edilib.

Bununla da, 2017-ci il ərzində Myanmada işgəncə ilə üzləşmiş müsəlmanlara ABŞ tərəfindən edilən yardım 97 milyon dollara çatacaq.

Qeyd edək ki, mövcud mvəziyyətlə bağlı bir çox ölkələrdən Myanma hökumətinə qınama verilsə də, ABŞ hələlik eyni addımı atmayıb.

Gununsesi.info