ABŞ-ın müdafiə naziri türkiyəli həmkarına məktub yazıb

  • By admin
  • 22 İyun 2017 14:09

09

Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Fikri İşıka PKK və onu Suriyadakı qolu YPG-lə bağlı məktub ünvanlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktubda ABŞ-ın YPG-yə verdiyi silahların siyahısının Türkiyəyə təqdim olunacağı bildirilir.

Eyni zamanda məktubda qeyd edilir ki, Raqqa şəhərinin azad edilməsi istiqamətində aparılan əməliyyatı başa çatandan sonra ABŞ-ın YPG-yə verdiyi silahları geri alacaq.

Anar

Gununsesi.info